Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cyberpunk 2077-ni gözləyənlərə bəd xəbər

Cyberpunk 2077-ni gözləyənlərə bəd xəbər

Tarix: 23 Iyun 2020 08:28

Cyperpunk 2077 - çoxdan gözlənilən açıq dünyadakı RPG oyun - yenidən təxirə salındı və planlaşdırılan 17 sentyabr buraxılış tarixi, 19 Noyabradək ləngidildi. Bu barədə oyunun gəlişdiricisi olan CD Project Red bu gün Twitter'də açıqladı.

Elanda qeyd olunur ki, bu gündən etibarən oyun bütün kontent, oynanış perspektivi, oyunçuların bacarıqları, oyunda olan əşyalar və onların funksionallıqları , oyun içi ara səhnələr texniki cəhətdən hazırdır. Ancaq hazır oyun o qədər mürəkkəb və böyükdür ki, CD Project Red deyir ki, "hər şeyin üzərindən keçmək, oyun mexanikasını balanslaşdırmaq və çox sayda səhvləri düzəltmək üçün əlavə vaxta ehtiyac var".

Milli.Az techland.az-a istinadən bildirir ki, 2013-cü ildən bəri gəlişdiricilər tərəfindən hazırlanan Cyberpunk 2077ın ərsəyə gəlib, satışa çıxa bilməsi həqiqətən də şirkət tərəfdən əziyyətli oldu. Əvvəlcə 16 Apreldə satışa çıxacağı söyləndi, oyun Sentyabr ayının 17-dək ləngidi. Sonra Sentyabrda satışa qoyulması planlaşdırılan oyun yenə təxirə salındı; CD Project Red dediyinə görə oyun ən pis halda 2021-dən sonra satışa çıxacaq.

Gecikmə azarkeşləri şübhəsiz məyus etsə də, CD Project Red, 25 İyunda planlaşdırılan Night City Wire canlı yayınında oyun haqqında bəzi məlumatlar və oyunun erkən quruluşuna girmə imkanı qazanan jurnalistlərin oyunu test etməkləri üçün imkan yaradacaq.

Milli.Az


Etiketlər:  Cyberpunk 2077 gözləyənlərə bəd xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ