Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə: 22 binadan ilkin qeydiyyat sənədləri toplanıb (FOTO)

Komitə: 22 binadan ilkin qeydiyyat sənədləri toplanıb (FOTO)

Tarix: 14 Iyun 2019 13:48

Bakı. Trend:

İstismarına icazə verilən növbəti binada sosial qeydiyyat aksiyası keçirilib. Ümumilikdə, 22 binadan 1500-dən çox mənzilə dair ilkin qeydiyyat sənədləri toplanıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Trend-ə verilən məlumata görə, xidməti vətəndaşın ünvanında göstərən komitə iyunun 14-də Bakıda istismarına icazə verilən daha bir bina sakinlərinə səyyar xidmət göstərib. Belə ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində “FVS-İnşaat” MTK-ya məxsus 174 mənzilli yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplandı. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim etdilər.

Eyni zamanda, belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirildi. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.

Qeyd edilməlidir ki, ümumilikdə 22 binada yerləşən mənzillərə dair 1500-dən çox sənəd qəbul edilib və həmin sənədlər əsasında 600-ə yaxın mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılıb. Qalan sənədlər hazırda icra mərhələsindədir.

Məlumat üçün bildirilməlidir ki, adıçəkilən fərmanın icra mərhələsində vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçiriləcək.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilən binaların çıxarışla təmin olunması ilə bağlı işlər intensiv xarakter alıb. Bununla bağlı komitə tərəfindən vətəndaşların yaşadıqları ünvanlarda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət göstərilir, ilkin sənədlər toplanır. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası çərçivəsində reallaşdırılır.

Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasıdır. Həmçinin, qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi, insan amilinin gücləndirilməsi də əsas vəzifələrdəndir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə binadan ilkin qeydiyyat sənədləri toplanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ