Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 22:34
“Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu Miyuşko Boyoviçlə sözləşməni uzadıb.
Monteneqrolu müdafiəçi ilə yeni 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu “Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.