Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar 5 saat sorğu-sual olundu - təcavüz iddiası

Neymar 5 saat sorğu-sual olundu - təcavüz iddiası

Tarix: 14 Iyun 2019 15:12

Najila Trindad adlı qadına təcavüzdə günahlandırılan PSJ-nin hücumçusu Neymar növbəti dəfə polis idarəsinə gedərək, ifadə verib.

Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, Rio-de-Jeneyro şəhərindəki polis bölmələrindən birinə çağırılan braziliyalı futbolçu yenidən sorğu-sual olunub. Bu dəfəki prosesin 5 saat davam etdiyi bildirilir.

Məsələ ilə bağlı açıqlama verən Neymarın vəkili Flavia Merlini oyunçunun ittihamları rədd etdiyini və bütün suallara cavab verdiyini bildirib. O, həqiqətən gec-tez üzə çıxacağını söyləyib.

Qeyd edək ki, Neymarın mayın 15-də Parisdəki otellərin birində Najila adlı modelə təcavüz etdiyi iddia olunur.

 


Etiketlər:  Neymar saat sorğu sual olundu təcavüz iddiası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ