Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclis məhkəmə prosesi ilə bağlı yeni qaydaları son oxunuşda təsdiq etdi

Milli Məclis məhkəmə prosesi ilə bağlı yeni qaydaları son oxunuşda təsdiq etdi

Tarix: 25 Iyun 2020 11:36

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bildirilib ki, bu dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb.

Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur.

Bu dəyişikliklər "Elektron məhkəmə" informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.

Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur.

Bu qanun layihəsinin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq 3-cü oxunuşda təsdiq edilib.


Etiketlər:  Milli Məclis məhkəmə prosesi ilə bağlı yeni qaydaları oxunuşda təsdiq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ