Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzər rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb (FOTO)

Xəzər rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb (FOTO)

Tarix: 25 Iyun 2020 14:39

Bakı. Samir Əli - Trend:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Xəzər rayonu Şüvəlan qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən qəsəbə sakini Baloğlan Babayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ona məxsus evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 64 kiloqram 269 qram olan 117 ədəd çətənə kolu, 81,781 qram qurudulmuş marixuana və 45 qram çətənə bitkisinin toxumu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, Baloğlan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri semilib.

Xəzər rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image Xəzər rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image Xəzər rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image Xəzər rayonunda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Xəzər rayonunda narkotik bitkilər əkib becərən şəxs saxlanılıb FOTO


RƏYLƏR