Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 18:18
Bakı. Trend:
“Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad
şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin
rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun
......tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad
şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin
rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli
208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. 1.6-cı bəndin birinci cümləsində “göndərməlidirlər” sözü
“göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni
almaq üçün müraciət etməlidirlər” sözləri ilə əvəz edilsin və həmin
cümləyə “məlumatlar” sözündən sonra “və “E-Təbib” mobil
tətbiqindən istifadə” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavə edilsin:
2
“1.7-1. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı
qaydada həyata keçirilir:
1.7-1.1.tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir
və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;
1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri
gələn “OTP” kodu daxil edilir;
1.7-1.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə
daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;
1.7-1.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:
1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;
2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;
3. icazənin növü seçilir (1 və ya 2);
4. “Göndər” düyməsi sıxılır;
1.7-1.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə
mesajı ekranda görünür;
1.7-1.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.
3. 1.8-ci bəndin birinci cümləsinə “SMS-məlumatda” sözlərindən sonra “və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavə edilsin.
4. 1.9-cu bəndin birinci cümləsinə “göndərilməsi” sözündən
sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazənin alınması”
sözləri və ikinci cümləsinə “göndərilmədən” sözündən sonra “və ya
“E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan” sözləri əlavə edilsin.
5. 1.10-cu bənddə “və SMS göndərilməsi” sözləri “, SMS
göndərilməsi və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri ilə əvəz
edilsin.
6. 4-cü hissəyə “SMS sistemi” sözlərindən sonra “və ya
“E-Təbib” mobil tətbiqi” sözləri əlavə edilsin.
7. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:
“6. Müəyyən edilsin ki:
6.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı,
Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın
əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü,
5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə
fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan
işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi
sayının 50 faizindən çox olmamalıdır;
6.2. bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət
sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin
sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən
çox olmamalıdır;
3
6.3. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may
tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu
Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.”.