Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 20:56
"Başakşəhər"lə müqaviləsi başa çatan Əmrə Bəlözoğlu "Fənərbaxça"ya qayıtmağa yaxındır.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu gün İstanbul klubunun prezidenti Ali Koç Türkiyə millisinin üzvü ilə görüşüb və tərəflər arasında razılıq əldə olunub. 38 yaşlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda rəsmi müqavilə imzalanacağı və bu transferin elan ediləcəyi bildirilib.
Qeyd edək ki, Ə.Bəlözoğlu 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da oynayıb.