Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin “Beidou” naviqasiya sisteminin son peykini orbitə çıxarıb

Çin “Beidou” naviqasiya sisteminin son peykini orbitə çıxarıb

Tarix: 27 Iyun 2020 08:08

Çin 1 həftəlik təxirə salmadan sonra "Beidou" naviqasiya sisteminin 55-ci peykini orbitə çıxarıb. Bu haqda Çin Mərkəzi Televiziyası məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, peykin buraxılışı "Çançjen-3-Bi" (ingilis dilində "Long March-3B") raketdaşıyıcısının köməyi ilə Siçanq kosmodromundan həyata keçirilib.

Peykin buraxılışı Çin televiziyası ilə yayımlanıb. Yoxlamalardan sonra peyk öz işinə başlayacaq. Yeni peyk sistemin digər aparatları ilə birgə Çinə dünyada naviqasiya, mövqeyi təyinetmə və bir sıra başqa əməliyyatları həyata keçirməyə imkan verəcək.

Çin 2000-ci ildən etibarən kommersiya istifadəsi üçün öz qlobal naviqasiya sistemini yaradır. Çin mütəxəssisləri bildiriblər ki, indi orbitdə fəaliyyət göstərən 3 nəsil kosmik aparatlar (BDS-1, BDS-2 və BDS-3) dəqiq mövqeyi təyinetməyə imkan verir.


Etiketlər:  Çin Beidou naviqasiya sisteminin peykini orbitə çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ