Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2020 11:40
“Barselona”nın hücumçusu Luis Suares La Liqanın 32-ci turunda dubl etdiyi “Selta” ilə oyunu (2:2) şərh edib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu oyundan sonra jurnalistlərə açıqlamasında məyusluğunu gizlətməyib:
“Şadam ki, komandama kömək etdim. Amma ümumən təəssüflənirəm. Bəzi şeylər var ki, onu düzəltməliyik. Səfərdə çox xal itiririk. Əvvəl bunlar olmurdu. Özümüzü pis hiss edirik. Çünki çempionluq yolunda vacib iki xal itirdik. Taleyimiz öz əlimizdə idi. İndi isə “Real”ın xal itirməsini gözləməliyik”.
Qeyd edək ki, hazırda “Barselona” 32 oyundan 69 xalla turnir cədvəlində liderdir. Bir oyun az keçirən “Real” isə 68 xalla ikinci yeri tutur.