Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

REACT-C19 layihəsində iştirak edən azərbaycanlı həkimlər işlərini yekunlaşdırıblar

REACT-C19 layihəsində iştirak edən azərbaycanlı həkimlər işlərini yekunlaşdırıblar

Tarix: 29 Iyun 2020 15:21

Bakı. İlhamə İsabalayeva - Trend:

REACT-C19 layihəsində iştirak edən 19 azərbaycanlı həkim Bakı və regionlarda öz işlərini yekunlaşdırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, layihədə iştirak edən həkimlərə sertifikatlar təqdim olunub.

Qeyd edəki ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqların artırılması məqsədilə həyata keçirilən layihə 3 ay davam edib.

Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.

Türkiyədən gəlmiş azərbaycanlı həkimlərdən formalaşdırılmış dörd heyətin hər birində infeksiyanın qarşısının alınması və nəzarət, triaj, yoluxma hallarının idarə olunması və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) üzrə mütəxəssislər təmsil olunur.

Bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Bununla yanaşı, onlar dəyişikliklərin idarə olunması və stresslə mübarizə ilə bağlı da biliklərə yiyələniblər. Həkimlər və tibb bacıları öz sahələri üzrə mütəxəssis olduqlarından,təlimlərin məqsədi onların bilik və bacarıqlarını yeniləmək və standartlaşdırmaq, onları əlavə innovativ vasitələrlə təmin etmək olub. Xəstəxana hazırlıq heyətləri seçilmiş xəstəxanaların direktorları və baş həkimlərinin rəhbərliyi altında hər xəstəxanada 2 həftə ərzində təlim keçiblər.


Etiketlər:  REACT layihəsində iştirak edən azərbaycanlı həkimlər işlərini yekunlaşdırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ