Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan klubunun 25 futbolçusu koronavirusa yoluxub

Qazaxıstan klubunun 25 futbolçusu koronavirusa yoluxub

Tarix: 29 Iyun 2020 17:36

Bakı. Trend:

Qazaxıstanın "Kaysar" futbol klubunun 25 üzvü koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov bildirib.

Onun sözlərinə görə, bütün komanda testdən keçdikdən sonra əsas heyətin 10, gənclərdən ibarət heyətin 15 üzvündə virus aşkar edilib. Məşqçi heyətin testləri mənfi nəticə verib.

"Kaysar" Qazaxıstan çempionatında növbəti matçını iyulun 1-də "Taraz"a qarşı keçirməlidir. Hazırda bu oyunun taleyi ilə bağlı məlumat verilməyib.


Etiketlər:  Qazaxıstan klubunun futbolçusu koronavirusa yoluxub


RƏYLƏR