Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Microsoft şirkəti Mixer streaming servisini bağlayacaq

Microsoft şirkəti Mixer streaming servisini bağlayacaq

Tarix: 30 Iyun 2020 07:44

Bəzən yüksək səviyyəli rəqabətə hətta 10 milyonlarla dollar vasitəsilə də qalib gəlmək olmur. Görünür, Microsoft şirkəti də bu cür nəticəyə gələrək Mixer adlı streaming platformasının inkişaf etdirilməsindən imtina etdi. Mixer-də fəaliyyət götərmiş bloggerlər ilə izləyicilərə Facebook Gaming platformasına keçid etmək məsləhət görülüb. Mixer 22 iyul tarixində fəaliyyətini dayandıracaq. Buna görə də Microsoft şirkəti artıq bloggerlər ilə izləyicilərin yeni platformaya keçid etmələri üzərində çalışır.

Facebook Gaming də Mixer-də olmuş partnyorluq şərtlərini məşhur bloggerlərə təklif edib. Lakin məlumata əsasən Ninja və Shroud kimi məşhur streamer-lər Facebook Gaming-ə keçməkdən imtina ediblər. Halbuki Facebook Gaming həmin şəxslərə ikiqat ödəniş təklif edirdi. Məlumatda qeyd edilib ki, bu müddət ərzində Mixer platforması sayəsində Ninja 30 milyon dollar, Shroud isə 10 milyon dollar vəsait qazanb. Qeyd etmək lazımdır ki, Mixer platforması 2016-cı ildə istifadəyə verilmişdi. Bir sıra məşhur şəxslər ilə müqavilələrə baxmayaraq sözügedən platforma Twitch və Youtube servislərini geridə qoya bilmədi.

Milli.Az


Etiketlər:  Microsoft şirkəti Mixer streaming servisini bağlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ