Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 10:44
Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür:
"2019-cu il yanvarın birindən əmək müqavilələri ilə bağlı da islahatlar aparıldı. 2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyunda 751 min 705 əmək müqaviləsi təşkil edir. Bu da o deməkdir ki 18 ay ərzində 210 min əmək müqaviləsi artıb".