Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ançellotti futbolçusunu tanımadı – “O kimdir?”

Ançellotti futbolçusunu tanımadı – “O kimdir?”

Tarix: 1 Iyul 2020 13:00

“Everton”un baş məşqçisi Karlo Ançelotti dünən keçirilən mətbuat konfransında bir futbolçusu haqda gözlənilməz fikir səsləndirib.

Qol.az-ın xəbərinə görə, jurnalist mütəxəssisə klubla müqaviləsi başa çatan italiyalı Lük Qarbatt barədə belə bir sual ünvanlayıb: “11 ildir komandada olan Lük Qarbatt haqda nə deyə bilərsiniz?
Cavabında Ançellotti təəccüblü baxışlarla deyib: “O kimdir? Bu sual mənim üçün sürpriz oldu. Onun kim olduğunu bilmirəm”

Qarbatt özü də Ançelottinin onu tanımaması barədə fikir səsləndirdiyi videonu sosial media hesabında paylaşıb və bu sözləri yazıb: “Digər futbolçular məşqçinin özlərinə sayğısızlıq etdiyini düşünə bilər. Amma bu onun yox, klubun günahıdır”.

“Everton” akademiyasının yetirməsi olan Qarbatt klubdakı 11 illik karyerasında cəmi 12 rəsmi matça çıxıb. 27 yaşlı futbolçu karyerasının böyük hissəsini icarə qaydasında müxtəlif klublarda keçirib.

Ançelottinin Qarbatt barədə dediklərinin videosu


 


Etiketlər:  Ançellotti futbolçusunu tanımadı O kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ