Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 14:12
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo dünən A seriyasının 29-cu turunun “Cenoa”ya qarşı matçında (3:1) qol vurub.
Qol.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, onun məhsuldar zərbəsinin sürəti 105 km/saatı keçib. Bu, portuqaliyalı futbolçunun karyerasındakı ən yaxşı göstəricilərdəndir.
Qeyd edək ki, Ronaldonun ən güclü zərbəsi “Mançester Yunayted”də oynadığı vaxt “Marsel”, “Real”da isə “Levante” ilə matçlarda olub. Hər iki halda zərbənin sürəti 120 km/saat olub.