Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2020 16:18
Bakıda sərtləşdirilmiş karantin rejimi üçün quraşdırılan polis postlarının bəziləri yığışdırılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, artıq paytaxtın bir çox küçə və prospektlərində postlar götürülüb.
Hazırkı məlumata görə, Günəşli qəsəbəsi, Zabrat yolu və digər bir neçə ərazidə artıq postlar yoxdur.
Qeyd edək ki, sərtləşdirilmiş karantin rejimi iyulun 5-i səhər saat 06-da başa çatır. Prezidentin köməkçisi Hikmət Hacıyev sərt karantin rejiminin daha iki həftə uzadılmasının təklif edildiyini bildirib.