Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2019 13:28
"Neftçi"nin Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" iyunun 20-də "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydanında Rusiyanın "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, "Neftçi" ötən ilin qışında Antalyadakı təlim-məşq toplanışında da "SKA-Xabarovsk" klubu ilə üz-üzə gəlmiş və 0:8 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.