Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbaxça''dan Kolarova rəsmi təklif

''Fənərbaxça''dan Kolarova rəsmi təklif

Tarix: 16 Iyun 2019 14:20

"Fənərbaxça" "Roma"nın müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatmaq istəyir.

Qol.az-ın "ntvspor"a istinadən yaydığı xəbərə görə, İstanbul klubu 34 yaşlı futbolçuya rəsmi təklif göndərib. Serbiya millisinin üzvünə 2+1 illik müqavilə və illik 2.3 milyon avro təklif edən "sarı-lacivərdlilər" "Roma" ilə danışıqları davam etdirir. Təcrübəli oyunçu özü də "Fənərbaxça"da oynamaqda maraqlıdır. Klublar təzminat məsələsində razılığa gələcəkləri təqdirdə Kolarovun Superliqa təmsilçisinə keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Kolarov "Roma"dan əvvəl "Latsio" və "Mançester Siti"nin də formasını geyinib.

 


Etiketlər:  Fənərbaxçadan Kolarova rəsmi təklif


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ