Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2020 20:44
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Ukraynanın İqtisadiyyat Nazirliyinin dövlət müəssisəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sonxeber.net xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, memorandumun imzalanmasında məqsəd faydalı qazıntı yataqlarının şəffaf şəkildə, elektron hərrac yolu ilə sahibkarlara istismara verilməsi sahəsində Ukraynanın qabaqcıl təcrübəsini öyrənmək və mövcud rəqəmsal texnologiyaları Azərbaycanda tətbiq etməkdir.