Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

''Qızım məşhur aktyorun oğlu ilə NİŞANLANDI'' - Xalq artistindən AÇIQLAMA - FOTO

''Qızım məşhur aktyorun oğlu ilə NİŞANLANDI'' - Xalq artistindən AÇIQLAMA - FOTO

Tarix: 3 Iyul 2020 07:15

Xalq artisti Zümrüd Məmmədovanın qızı, bəstəkar İlahə Qismət mərhum aktyor Fərman Şəkilinin oğlu Elvin Abdulla ilə nişanlanıb.

Milli.Az bildirir ki, sənətkar ''ölkə.az''-a açıqlamasında qızının nişanlanması haqqında danışıb.

''Kürəkənim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino-rejissorluq ixtisasını bitirib. Qızımın nişanlısı Türkiyədə təhsil aldığına görə elə biliblər ki, xarici vətəndaşdır. Hazırda Türkiyədə magistraturanın ikinci kursunda təhsil alır. İlk Qorxu filmini olan ''Xənnas''ın rejissorudur. Atası Fərman Şəkili məşhur mərhum aktyor olub, anası İradə Abdulla isə alimdir''. 

Qeyd edək ki, bəstəkar İlahə Qismət beş gün əvvəl karantində nişanlanıb.

Milli.Az


Etiketlər:  Qızım məşhur aktyorun oğlu ilə NİŞANLANDI Xalq artistindən AÇIQLAMA FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ