Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar (FOTO/VİDEO)

YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar (FOTO/VİDEO)

Tarix: 3 Iyul 2020 14:28

Bakı. Trend:

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının əməkdaşları tərəfindən əhalinin karantin qaydalarına əməl etməsi üçün mütəmadi olaraq maarifləndirici, izahedici söhbətlər aparılır, sosial aksiyalar həyata keçirilir. Növbəti belə tədbirlərdən biri şəhərin böyük marketlərinin qarşısında təşkil olunub.

Aksiyada YAP Gəncə şəhər təşkilatının əməkdaşları sakinlərlə maarifləndirici söhbətlər aparıb, vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edib, ara məsafələrin qorunmasını xatırladıb, tibbi maskadan istifadə etməyin vacibliyini qeyd ediblər və sakinlərə tibbi maskalar paylayıblar.

Şəhərin müxtəlif ərazilərində həyata keçirilən aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar (FOTO/VİDEO) - Gallery Image YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar (FOTO/VİDEO) - Gallery Image YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar (FOTO/VİDEO) - Gallery Image YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar (FOTO/VİDEO) - Gallery Image YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  YAP Gəncə şəhər təşkilatının əməkdaşları vətəndaşlara tibbi maskalar paylayıblar FOTOVİDEO


RƏYLƏR