Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 18:04
"Koronavirusa yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməməsi yoluxma baxımından çox vacib məsələdir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, səhiyyə qurumlarının elə bir imkanı yoxdur ki, yoluxan hər bir şəxsi yoxlasın və ona nəzarət etsin: "İnsanların özlərinin məsuliyyəti olmalıdır. İnsanlar qaydalara nəzarət etməlidirlər. Biz xüsusi proqram vasitəsilə evdə müalicə edilən xəstələrin sağlamlıq vəziyyətinə nəzarət edirik. Xəstənin vəziyyətində dəyişiklik olduqda müayinələr aparılır".