Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 19:04
Bəzən özəl xəstəxanalarda kompüter tomoqrafiyasından keçmiş şəxslərlə bağlı məlumatlar bizə gec daxil olur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O, özəl xəstəxanalara müraciət edərək, onları həmrəyliyə çağırıb:
"Bəzən xəstələr qanda saturasiyanın 50-yə düşməsi ilə bizə daxil olur. Bu halda onları dərhal tənəffüs aparatına qoşmaq lazım gəlir. Əks halda, xəstəni itirə bilərik. Ona görə də özəl xəstəxanaları bizimlə həmrəy olmağa çağırıram".