Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 08:04
Bakı. Trend:
Yaponiyada 200 mindən artıq sakinə güclü leysan yağışları ilə əlaqədar təxliyə üçün təlimat verilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təlimat Kumamoto və Kaqosima prefekturalarının sakinlərinə verilib. Bu prefekturalarda maksimal təhlükə səviyyəsi elan edilib.
Son məlumatlara əsasən, Akisita qəsəbəsində (Kumamoto prefekturası) baş verən daşqınlar nəticəsində 13 nəfər itkin düşüb.
"Kyushu Electric Power" şirkətindən bildiriblər ki, Kumamoto prefekturasıda 9 mindən artıq ev işıqsız qalıb.