Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla dünyanın ən bahalı avtomobil istehsalçısı oldu

Tesla dünyanın ən bahalı avtomobil istehsalçısı oldu

Tarix: 4 Iyul 2020 19:16

Tesla şirkətinin bazar dəyəri dünən 209 milyard dollara çatdı. Beləliklə şirkət Toyota-nı geridə qoyaraq dünyanın ən bahalı avtomobil istehsalçısı oldu. Qeyd etmək lazımdır ki, Toyota-nın bazar dəyəri 204 milyard dollar təşkil edir. Bu barədə Vc.ru saytı xəbər verib. 1 il rəzində Tesla-nın səhmləri 5 dəfə bahalaşıb. Dünən birjada şirkətin bir səhminin qiyməti 1128$ təşkil edib. Toyota-nın səhmləri multiplikator üzrə satılır. Bu halda şirkətin dəyəri onun gəlirindən 16 dəfə yüksək qiymətləndirilir.

Tesla-nın səhmləri isə onun gəlirindən 220 dəfə yüksəkdir. Bu, istənilən avtomobil biznesinin göstəricisindən 2 dəfə böyükdür. Bu hətta bir çox texnoloji şirkətlərin multiplikatorlarından da yüksəkdir. Misal olaraq Amazon şirkətini qeyd etmək olar. Keçən il Tesla şirkəti ümumilikdə 367.000 elektromobil istehsal etmişdi. Bu il isə şirkət bu göstəricini 500.000 ədəd elektromobilə çatdırmağı planlaşdırır. Şirkətin illik vəsait itkisi isə 862 milyon dollar təşkil edib.


Etiketlər:  Tesla dünyanın bahalı avtomobil istehsalçısı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ