Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda 20-dən çox insan ildırım vurması nəticəsində ölüb

Hindistanda 20-dən çox insan ildırım vurması nəticəsində ölüb

Tarix: 5 Iyul 2020 08:44

Bakı. Trend:

Hindistanda Uttar Pradeş ştatının ən az 23 sakini şimşək çaxması nəticəsində həlak olub, 29 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "NDTV" telekanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Kanalın verdiyi məlumata görə, Allahabadda 8 nəfər, Mirzapur və Bhadokhi şəhərlərində altı nəfər, Kausambidə daha iki nəfər və Jaunpurda bir nəfər fəlakət qurbanı oldu.

Yerli hakimiyyət orqanları zərərçəkənlərin yaxınlarına kompensasiya ödəyəcəklərini vəd edib.


Etiketlər:  Hindistanda dən çox insan ildırım vurması nəticəsində ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ