Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızılağac milli parkında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Qızılağac milli parkında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Tarix: 6 Iyul 2020 21:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən və Qızılağac milli parkının ərazisinə keçən yanğın ETSN-nin yerli qurumlarının, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində söndürülüb.

Yanğın nəticəsində təxminən 8 hektar ərazidə quru ot örtüyü, kol-kos və qamışlıq sahə yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyətinə səbəb vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi olur. Nazirlik bir daha isti hava şəraiti ilə əlaqədar əhaliyə odla ehtiyatlı olmağı, biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edir.

XXX

20:54

Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçən yanğın davam edir.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Yanğının söndürülməsinə ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq əməkdaşı, 4 yanğınsöndürən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.

Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.

İlkin hesablamalara görə, yanğın təxminən 7 hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkürünü bildirir və xüsusilə vurğulayır ki, bu dəfə olduğu kimi, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.

Ona görə də Nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmış sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır.

Qızılağac milli parkında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Qızılağac milli parkında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image Qızılağac milli parkında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image


Etiketlər:  Qızılağac milli parkında yanğın söndürülüb FOTO ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ