Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TikTok-un qara günləri: 6 milyard dollarlıq zərər

TikTok-un qara günləri: 6 milyard dollarlıq zərər

Tarix: 7 Iyul 2020 22:12

Məşhur sosial şəbəkələrdən olan TikTok haqqında ortaya atılan iddialardan sonra böyük miqdarda zərərə düşüb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, istifadəçilərin şəxsi məlumatlarının sızdırılmasında günahlandırılan tətbiq 6 milyard dollar itirib.

Qeyd edək ki, ötən günlərdə Reddit-də sözügedən tətbiqin istifadəçi məlumatlarının Çin hökumətinə ötürdüyü yazılıb.

Milyonlarla istifadəçi iddiadan dolayı tətbiqi boykot edərək bir daha istifadə etməyəcəklərini bildiriblər.

Bir çox ölkənin mediasında isə TikTok təcili silinməli tətbiqlər siyahısına salınıb.

Ən ciddi reaksiyanı isə Hindistan hökuməti göstərib. Belə ki, ölkə rəhbərliyi TikTok da daxil olmaqla 59 Çin tətbiqinə qadağa qoyub.

Qeyd etmək yerinə düşər ki, TikTok-un sahibi olan ByteDance şirkəti Hindistana 1 milyard dollar yatırım edib. Əvəzində isə qadağa və külli miqdarda itki ilə üzləşməli olub.


Etiketlər:  TikTok qara günləri milyard dollarlıq zərər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ