Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə ''buzlu şüşə'' aşkarlanır''

''COVID-19 analizinin cavabı mənfi olan bəzi xəstələrdə ''buzlu şüşə'' aşkarlanır''

Tarix: 8 Iyul 2020 08:36

"Bəzən ilk müayinədə koronavirus xəstələrinin nəticəsi neqativ çıxsa da, sonradan bu pozitivə çevrilə bilir. Ona görə də bir çox ölkələrdə analiz cavabından asılı olmadan kompüter tomoqrafiyası (KT) çəkilir".

Sonxeber.net bildirir ki, bunu Yeni Klinika Tibb Müəssisəsinin direktoru Pərviz Abbasov Real TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu xəstəlik tam və ya qismən irəlilədikdən sonra meydana çıxır: "Dəfələrlə bir çox xəstələrdə KT müayinəsi nəticəsində COVID-19-un əlaməti olan "buzlu şüşə" aşkarlanıb. Ancaq belə xəstələri koronaviruslu xəstə kimi qəbul edib həmin gün müalicəyə başlamaq lazımdır. Belə xəstələr bizdə çoxdur. Hətta sona kimi də onların cavabı neqativ çıxıb".


Etiketlər:  COVID analizinin cavabı mənfi olan bəzi xəstələrdə buzlu şüşə aşkarlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ