Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 12:08
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" 1-ci təsnifat mərhələsini keçəcəyi halda ikinci raundda da münasib rəqiblə qarşılaşacaq.
Qol.az xəbər verir ki, aktivində 21 min xalı olan Ağdam təmsilçisi 2-ci mərhələdə reytinqinə görə ən pis halda 6-cı komanda olacaq. Bu da "Qarabağ"ın səpələnmişlər səbətində yer alacağı, yəni nisbətən münasib rəqiblə düşəcəyi deməkdir.
Qurban Qurbanovun komandasının 3-cü təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alması çətin görünür. Çünki bunun üçün ilk iki mərhələdə sürpriz nəticələr qeydə aınmalı və çempionu dəqiqləşməyən ölkələrdə daha aşağı reytinqli komanda qalib olmalıdır.
Qeyd edək ki, 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü müvafiq olaraq, avqustun 9-u və 10-u, 3-cü raundun püşkü isə avqustun 31-də atılacaq.