Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 10:12
Pandemiya səbəbindən dünyanın bir sıra ölkələrində özünü təcridetmə rejiminin tətbiqi və milyonlarla əməkdaşın məsafədən işləməyə məcbur olması mobil proqramlardan istifadədə böyük dəyişikliklərə səbəb olub. 2020-ci ilin ikinci rübündə dünyada insanlar tərəfindən smartfonda keçirilmiş vaxt 40% yüksəlib.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “App Annie” şirkətinin hesabatında belə məlumatlar yer alıb. Şirkətin məlumatına görə, bu statistika “Android” qurğulara aiddir.
Cari ilin aprelindən iyun ayınadək olan dövrdə planetin sakinləri orta hesabla hər ay mobil proqramlarda 200 milyard saatdan çox vaxt keçiriblər.
Emil Hüseynov