Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı həkim Aleksandr Averyanov: İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz

Rusiyalı həkim Aleksandr Averyanov: İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz

Tarix: 11 Iyul 2020 13:14

İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz.

Sonxeber.net Trend-ə istinadn xəbər verir ki, bunu rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Hədəf" verilişində deyib.

O bildirib ki, iri şəhərin əhalisini tam təcrid etmək də mümkün deyil:

"Rusiyada hansı səviyyədə təcrid və ya karantin rejiminin tətbiq olunması barədə qərar lokal vəziyyətdən asılı olaraq qəbul edilir. Məsələn, Mordoviya Respublikasının rəhbərinin dəvəti ilə bölgəyə səfər etmişdim. Orada kifayət qədər sərt məhdudiyyət tədbirləri tətbiq olunmuşdu. Bunun sayəsində sürətlə yayılan pandemiya dalğasının qarşısını almaq mümkün oldu. Bir neçə ölkə istisna olmaqla bütün dünya bu tədbirləri tətbiq edir. Bu da onunla əlaqədardır ki, iri şəhərin əhalisinin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirə bilməyəcək".

A.Averyanov vurğulayıb ki, bütün səylər pandemiyanın yayılmasının sürətini azaltmağa yönəlib:

"Ona görə hesab edirəm ki, ölkələrimizdəki vəziyyət bu baxımdan oxşardır. Tədbirlər görülür və bu tədbirlər zəruridir".


Etiketlər:  Rusiyalı həkim Aleksandr Averyanov İri şəhərin yarısı eyni anda xəstələnsə heç səhiyyə sistemi buna gətirməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ