Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin kapitanı püşkü dəyərləndirdi

''Neftçi''nin kapitanı püşkü dəyərləndirdi

Tarix: 18 Iyun 2019 19:20

"Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticəsini dəyərləndirib.

Qol.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını deyib:

"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdur. Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Speranta” ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.

Qeyd edək ki, "Neftçi” və "Speranta” arasında ilk oyun iyulun 11-i "Bakcell Arena”da, cavab oyunu isə ayın 18-i səfərdə keçiriləcək.

 


Etiketlər:  Neftçinin kapitanı püşkü dəyərləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ