Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2020 19:52
Dünyanın ən böyük texnologiya şirkətlərindən olan Apple çox maraqlı, hətta təəccübləndirən patentlərinə daha birini əlavə edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət beş monitorlu MacBook Pro-nun patentini alıb.
Patent eskizlərindən göründüyü kimi, klaviaturun kənarlarında dörd kiçik monitor yerləşdiriləcək. Bu monitorlar bütövlükdə "Dinamik monitor interfeysi" adı veriləcək.
Qeyd edək ki, yeni MacBook Pro-lar haqqında detallar açıqlanmayıb. Dəqiq olan bir məsələ var: qiymətləri əl yandıracaq. Çünki hər monitor Apple üçün əlavə xərcdir, şirkət üçün əlavə xərc isə istifadəçi üçün daha bahalı məhsul deməkdir.