Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 14:20
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Qol.az-ın məlumatına görə, ölkəmizin qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" da bu mərhələdə qarşılaşa biləcəyi potensial rəqibini tanıyıb. Ağdam təmsilçisi birinci mərhələdə Albaniyanın "Partizani" klubunu keçsə, 2-ci mərhələdə “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
2-ci təsnifat mərhələsi
Çempionlar yolu
"Qarabağ" (Azərbaycan) /"Partizani" (Albaniya) - “Dundalk” (İrlandiya)/“Riqa” (Latviya)
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.