Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 15:06
Bakı. Samir Əli- Trend:
Azərbaycanla sərhəddə gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti öldürülüb. Trend-in məlumatına görə, bunu Ermənistan Müqdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepansan bildirib.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin mayoru Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb.
Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonu ərazisində təxribatlar törətməkdə davam edir. Hazırda ərazidə döyüşlər davam edir.