Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müdafiə Nazirliyi: Cəbhə bölgəsində əsgər və əhalinin əhval-ruhiyyəsi yüksəkdir

Müdafiə Nazirliyi: Cəbhə bölgəsində əsgər və əhalinin əhval-ruhiyyəsi yüksəkdir

Tarix: 14 Iyul 2020 15:34

"Cəbhə bölgəsində yaşayanların əhval-ruhiyyəsi yüksək səviyyədədir".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, hazırda cəbhə bölgəsində yaşayan vətəndaşlarımız Azərbaycan Ordusuna güvənir: "Döyüş bölgəsində həm əsgərlərimiz, hərbçilərimiz, həm də orada yaşayan əhalinin də əhval-ruhiyyəsi yüksək səviyyədədir. Xalqımız Azərbaycan Ordusuna inanır. Ordumuz Ali Baş Komandanın verəcəyi tapşırığı yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.


Etiketlər:  Müdafiə Nazirliyi Cəbhə bölgəsində əsgər əhalinin əhval ruhiyyəsi yüksəkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ