Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 03:33
Qəsbkar Ermənistan regionda qarşıdurma və destabillik yaradır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin urmiyalı deputatı Ruhulla Həzrətpur "Twitter" səhifəsində yazıb.
R.Həzrətpurun sözlərinə görə, Ermənistan öz axmaqlığını davam etdirmək əvəzinə, region xalqları və ölkələrinin öz din və dil qardaşlarının yanında olduğunu bilməlidir.
Həzrətpur əlavə edib ki, İslam torpağı işğalçılara təslim edilməyəcək.
Həmçinin, İran parlamentinin rəyasət heyətinin üzvü Ruhulla Motəfəkkir Azad da bildirib ki, hazırkı şəraitdə qarşıdurma tərəfləri təmkinli olmalıdırlar.
R.Motəfəkkir Azadın sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır və gec-tez geri qaytarılmalıdır.
Motəfəkkir Azad Azərbaycan xalqı, şəhid ailələrinə başsağlığı verib.