Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəşad Sadıqov “Qarabağ”la vidalaşdı - FOTO

Rəşad Sadıqov “Qarabağ”la vidalaşdı -  FOTO

Tarix: 15 Iyul 2020 19:54

Millimizin sabiq futbolçusu Rəşad Sadıqov "Qarabağ"la vidalaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçu karyerasını başa vuran kapitan bunu sosial şəbəkədə bəyan edib:

"Əziz "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. "Qarabağ"ın formasını 11 il böyük qürur və fəxr hissi ilə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzu edirəm".

Qeyd edək ki, Rəşad Sadıqovun "Zirə" klubuna baş məşqçi təyin olunması gözlənilir.

Milli.Az


Etiketlər:  Rəşad Sadıqov Qarabağla vidalaşdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ