Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 04:28
Bakı. Trend:
Braziliyada sutkada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 45 403 nəfər artıb, onların ümumi sayı 2 012 151 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu ölkə Səhiyyə Nazirliyinin yayımladığı məlumatlar göstərir.
Məlumata əsasən, ötən sutka ərzində koronavirusun səbəb olduğu xəstəliklərdən 1322 ölüm hadisəsi qeydə alınıb. Ümumilikdə 76 688 nəfər öldü, təxminən 1,3 milyon xəstə sağalıb.
Ölkədəki ən böyük yoluxma ocağı San-Paulu, Rio-de-Janeyro, Espiritu-Santu və Minas-Jeyras ştatlarını əhatə edən cənub-şərq bölgəsi sayılır. Orada 689 mindən çox yoluxma və təxminən 35 min ölüm halı qeydə alınıb.