Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Tarix: 18 Iyul 2020 07:44

"Samsung" şirkəti altıncı nəsil mobil rabitə şəbəkəsi haqqında onun təsəvvürlərini əks etdirən hesabat dərc edib. Sənəddə "6G" şəbəkəsinin tətbiqinin müxtəlif senariləri barədə danışılır, şirkət tərəfindən ilk kommersiya şəbəkələrinin 2028-ci ildə yaradılacağı, 2030-cu ildə isə istifadəçilər arasında populyarlıq qazanacağı proqnozlaşdırılır. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti ildə "6G" konsepsiyasının müəyyənləşdirilməsi üzrə işə başlaması vurğulanır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreya istehsalçısının hesabatında "6G" tələbləri üçün üç əsas kateqoriya müəyyənləşdirilib: məhsuldarlıq, arxitektura və etibarlılıq. Altıncı nəsil mobil rabitə şəbəkəsinin mahiyyəti yüksəksürətli rabitənin həyatın bütün aspektlərinə daxil edilməsindən ibarətdir. Maraqlıdır ki, şirkət maksimal məlumat ötürmə sürətini 1000 Qbit/saniyə proqnozlaşdırır ki, bu da "5G" göstəricilərini 50 dəfə üstələyir. Yubanma isə 100 millisaniyə təşkil edir - beşinci nəsil mobil rabitə şəbəkələrində gecikmənin onda bir hissəsi.

"Samsung" proqnozları hər növbəti nəsil - "2G" şəbəkəsindən "5G" şəbəkəsinədək texniki standartların hazırlanması vaxtının azalmasına əsaslanır. Belə ki, "3G" şəbəkəsinin yaradılması üçün 15 il tələb olunduğu halda "5G" şəbəkəsinin işə salınmasına 8 il lazım olub. Şirkət nümayəndələri əmindir ki, "6G" şəbəkəsinin ərsəyə gəlməsində də müddətin azalması tendensiyası davam edəcək.

Milli.Az


Etiketlər:  şəbəkəsi vaxt istifadəyə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ