Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poçettino İtaliya nəhənglərinin hədəfində

Poçettino İtaliya nəhənglərinin hədəfində

Tarix: 18 Iyul 2020 16:18

Maurisio Poçettino karyerasını İtaliyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, "Yuventus" və "İnter" Poçettinonun xidmətində maraqlıdır. Futbolçular və baş məşqçi Mauritsio Sarri arasındakı fikir ayrılığı səbəbindən Turin klubunun rəhbərliyinin yeni çalışdırıcı axtarışında olduğu bildirilir. "İnter" rəsmiləri isə komandanın Antonio Kontenin rəhbərliyi altında "Yuventus" ilə çempionluq mübarizəsində geri düşməsindən narazıdır.

Qeyd edək ki, Poçettinonun sonuncu iş yeri "Tottenhem" olub. Argentinalı məşqçi 2019-cu ilin son aylarında istefaya göndərilmişdi.


Etiketlər:  Poçettino İtaliya nəhənglərinin hədəfində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ