Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 04:30
Futbol üzrə Ukrayna Premyer Liqasında 32-ci turun oyunları keçirilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
Sözügedən komanda mövsümün əsas hissəsinin son turunda doğma meydanda Kiyev "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
"Aleksandriya" mövsümün əsas hissəsini 32 oyuna topladığı 51 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə başa vurub. Paşayevin komandasını qarşıda Avropa Liqasına vəsiqə uğrunda pley-off oyunları gözləyir. "Aleksandriya" yarımfinalda "Mariupol"la qarşılaşacaq. Bu oyun iyulun 25-də baş tutacaq.