Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO)

Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO)

Tarix: 20 Iyul 2020 10:40

Bakı. Trend:

Balakən rayonunda uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində addımlar atılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.

Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. Hazırda həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılıb.

Daha sonra asfaltlanma işləri həyata keçirilib. Belə ki, yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metruzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.

Avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub (FOTO) - Gallery Image


Etiketlər:  Balakən rayonunda əhalinin istifadə etdiyi yenidən qurulub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ