Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 12:36
"Real"ın prezidenti Florentino Peres komandanın baş məşqçisi Zinəddin Zidanın işindən razı qalıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri buna görə fransalı mütəxəssisə müddətsiz müqavilə təklif etməyə və onun səlahiyyətlərini genişləndirməyə hazırdır.
Bildirilib ki, Peres Zidanın klubda istədiyi qədər baş məşqçi işləməsini, daha sonra idman direktoru vəzifəsində çalışmasını istəyir.
Prezidentin fikrincə, "Mançester Yunayted"i 26 il çalışdırmış Aleks Fergüsson kimi Zidan da "Real"da qala bilər.
Qeyd edək ki, Zidanın "Kral klubu" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun rəhbərliyi altında komanda cari mövsüm İspaniya çempionu olub.