Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 12:52
"Bir çox insan həyatını vətən üçün qurban verir. Bu səbəbdən, onlar yaddaşlarda əbədi qalırlar".
Bu fikirləri "Qarabağ" klubunun sabiq futbolçusu Ansi Aqolli son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələr barədə danışarkən deyib.
38 yaşlı albaniyalı müdafiəçi həyatları itirən əsgərlərin ailələrinə başsağlığı verib. Təcrübəli futbolçu Qarabağ haqqında da danışıb: "Qarabağ" Azərbaycan torpağıdır. Nə olursa-olsun, həmişə belə olacaq. Mən Azərbaycan xalqına, xüsusən, ağdamlılara əmin-amanlıq və sülh arzulayıram. Bir gün onlar evlərinə qayıdacaqlar və o gün tezliklə gələcək".
Qeyd edək ki, Ansi Aqolli Albaniya millisində oynadığı vaxt 2015-ci ildə AVRO-2016-nın seçmə mərhələsində Yerevanda Ermənistana 3:0 hesabı ilə qalib gəldikləri matçdan öncə bütün Azərbaycan xalqına salam göndərib.
2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay komandası ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb (Report).