Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” korporasiyası “Windows” üçün yeniləmələrin “koronavirus” ardıcıllığını ləğv edib

“Microsoft” korporasiyası “Windows” üçün yeniləmələrin “koronavirus” ardıcıllığını ləğv edib

Tarix: 21 Iyul 2020 13:15

“Microsoft” korporasiyası “Windows” üçün yeniləmələrin əvvəlki ardıcıllığını bərpa edib. İyulun sonunda əməliyyat sistemi üçün sistem yeniləmələri əlçatan olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiyanın mühəndisləri “Windows 10”, “Windows Server 1809” və daha yeni versiyalar üçün təhlükəsizlik məsələləri ilə bağlı olmayan yeniləmələrin iyulun sonunda çıxarılacağını təsdiq edib. Yeniləmələr istehlakçılar və şirkətlərin mütəxəssisləri üçün işi asanlaşdırmağa görə ayın üçüncü həftəsində çıxarılacaq. Bundan əvvəl onların buraxılışı koronavirus pandemiyasına görə ləğv edilmişdi.

 

“Microsoft” şirkətinin rəsmisi dəqiqləşdirib ki, ilk yeniləmələrdə sistemin kritik və ya az əhəmiyyətli səhvlərini düzəldən onlarla paket olacaq. İlk yenilənmə paketi iyulun 24-dən etibarən əlçatan olacaq.

 

Emil Hüseynov




Etiketlər:  Microsoft korporasiyası Windows üçün yeniləmələrin koronavirus ardıcıllığını ləğv edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ