Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 08:56
Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə "Patriot" zenit-raket kompleksləri, pilotsuz uçuş aparatlar və kəşfiyyat məlumatlarının toplanılması üçün təyyarələr göndərəcək.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının istəyi ilə "Patriot" kompleksləri, kəşfiyyat məlumatlarının toplanılması üçün pilotsuz və idarə olunan uçuş aparatları, qırıcı təyyarə, aviasiya dəstəyi üzrə uçuş aparatı göndərəcək:
"ABŞ İranla münaqişə istəmir, lakin biz Yaxın Şərqdə qoşunlarımızı yerləşdiririk və regiondakı maraqlarımızı qorumağa hazırıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin