Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur ispan klubu üçüncü liqaya düşdü

Məşhur ispan klubu üçüncü liqaya düşdü

Tarix: 21 Iyul 2020 18:12

Bir dönəm İspaniya futboluna damğa vuran, 1999-2000 mövsümündə ölkə çempionu olan "Deportivo" üçüncü liqada iştirak edəcək.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, 2017/2018 mövsümündə La Liqadan ikinci Liqaya düşən "Deportivo", 2019/2020 mövsümündə Sequndanı tərk edib.

Komanda Sequndada qalmaq üçün "Fuenlabrada"nı məğlub edib rəqiblərinin xal itirməsini gözləməli idi. Ancaq pozitiv çıxan koronavirus testləri səbəbindən oyun təxirə salınıb. Digər oyunlarda qeydə alınan nəticələrdən sonra isə klubun üçüncü liqaya düşməsi dəqiqləşib.  La Koruna təmsilçisi sonuncu dəfə 40 il öncə Sequndadan aşağı liqada mübarizə aparıb.

Qeyd edək ki, "Deportivo" ilə yanaşı, "Rasinq", "Numansia" və "Estremadura" klubları da üçüncü liqaya yuvarlanıb. "Hueska" və "Kadiz" komandaları isə La Liqaya yüksəliblər.


Etiketlər:  Məşhur ispan klubu üçüncü liqaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ